BQXK-dan cəbhədəki atışmalara münasibət

24 Yanvar 2014 10:36 (UTC+04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər cəbhə zonasında baş verən gərginliyi izləyir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirdiyi brifinqdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran deyib.

D.Duran bildirib ki, cəbhə zonasında vəziyyətin gərginləşməsi təəssüf doğuran hadisələrdir: "Baş verən hadisələrlə bağlı icma və hakimiyyət orqanları ilə əlaqə saxlayırıq. Vəziyyət stabilləşəndən sonra həmin ərazilərə baş çəkmək niyyətindəyik".

Qeyd edək ki, son günlər cəbhə xəttində gərgin vəziyyət müşahidə edilir. Erməni hərbçilər son 4 gündə atəşkəs rejimini təxminən 380 dəfə pozublar.

AzNews.az