“3 günlük həbsdə 157 milyon dollar itirdim”- Əli Ağaoğlu

24 Yanvar 2014 11:45 (UTC+04:00)
Türkiyədə "Böyük rüşvət" əməliyyatında saxlanan iş adamı saxlandığı 3 gün müddətində 157 milyon dollar itirib.


AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə iş adamı özü məlumat verib.

Ə.Ağaoğlunun itirdyi bu məbləğ yeni otelinin inşası ilə bağlı olub:

"Yeniköydəki ərazidə otel tikilməsi ilə bağlı ərəblərlə razılığa gəlmişdik. Bu hadisə baş verəndə ərəblər çıxıb getdilər. 3 gündə 157 milyon dollar itirdim. İnadla bundan sonra daha çox işləyəcəyəm. Həmişə 6 saat yatırdım, indi bunu 4-ə endirmişəm. 3 gündə 157 milyon dollar itirdim".

Elnur
AzNews.az