Test imtahanlarına sərf olunan xərclər açıqlandı

24 Yanvar 2014 11:59 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-cü ildə test imtahanlarının keçirilməsinə 2 milyon manatdan çox maliyyə vəsaiti sərf edib.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün imtahan nəzarətçiləri ilə keçirdiyi görüşdə deyib.

M.Abbaszadə bildirib ki, Bakı üzrə 5173, regionlar üzrə 1056 imtahan rəhbəri olub. Bakı üzrə nəzarətçi-müəllimlərin sayı 16 041, regionlar üzrə 25 896, Bakı üzrə mühafizə xidməti işçilərinin sayı 1408, regionlar üzrə 1397, Bakı üzrə bina nümayəndəsi-xadimələrin sayı 518, regionlar üzrə 2068 nəfər olub.
Ümumilikdə Bakı şəhəri üzrə 23 040, digər regionlardan isə 30 417 nəfər test imtahanlarının keçirilməsində iştirak edib.

M.Abbaszadə deyib ki, müqavilə əsasında Bakı şəhəri üzrə 23 040 müəllimə 816 608,4 manat, digər regionlar üzrə müəllimlərə isə 1 213 749,2 manat sərf edilib: "İlk illərdə müəllimləri ictimai əsaslarla imtaha cəlb edirdik. Bu imtahanda iştirak edən 50 mindən çox pedaqoji, elmi ictimaiyyətin nümyəndələri yalnız bir məqsədlə iştirak edir. Onlar istəyirlər ki, gənclər ali məktəblərdə öz yerlərini tutsunlar. Onlar məvacibə görə yox, vətəndaş borcunu ödəmək üçün çalışırlar".

AzNews.az