Kinorejissora partiyada vəzifə verildi

24 Yanvar 2014 14:06 (UTC+04:00)
Tanınmış kinorejissor Rövşən Almuradlıya vəzifə verilib.

Bunu AzNews.az-a açıqlamasında rejissorun özü deyib. Kinorejissorun sözlərinə görə, bundan sonra o, Vətəndaş Həmrəyliyi Partiyasında sədrin mədəniyyət məsələləri üzrə müşaviri olacaq.

Artıq bu barədə partiya sədri Sabir Rüstəmxanlı sərəncam imzalayıb.

Bahar Rüstəmli
AzNews.az