Saxta peyğəmbər edama məhkum edildi

24 Yanvar 2014 17:00 (UTC+04:00)

Pakistanın Ravalpindi şəhər məhkəməsi özünü peyğəmbər elan etmiş britaniyalı barədə edam hökmü çıxarıb.

AzNews.az "Dawn"a istinadən xəbər verir ki, 65 yaşlı Məhəmməd Aşqar 2010-cu ildə həbs edilib.

O bəzi şəxslərə məktub göndərərək özünü peyğəmbər elan edib.

Həmçinin vizit kartoçakalarında özünü peyğəmbər kimi təqdim edib.
Ancaq britaniyalının ölüm hökmünün icra edilməsi gözlənilmir.

Pakistanda edam hökmlərinin icrasına moratorium qoyulması onu edamdan xilas edə bilər.

Elnarə
AzNews.az