Xmelnitsk şəhərində İH binası ələ keçirilib

24 Yanvar 2014 19:45 (UTC+04:00)
Ukraynada etirazçılar Xmelnitsk vilayətinin İcra Hakimiyyətinin binasını ələ keçiriblər.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, etirazçılar binaya girişi bağlayaraq məmurların binadan çıxmaları üçün canlı sədd qurublar.

Qeyd edək ki, yanvarın 24-də etirazçılar İvano-Frankovsk və Çernovtsı şəhərlərinin İH binalarını ələ keçiriblər.


AzNews.az