Tovuzda son vəziyyət - Video

24 Yanvar 2014 20:11 (UTC+04:00)
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət yenidən gərginləşib.
Son günlər bütün cəbhə boyu atəşkəsin ermənilər tərəfindən dəfələrlə pozulması qeydə alınıb. Müdafiə Nazirliyi qarşı tərəfin təxribat xarakterli cəhdlərinin qarşısını almaq və düşməni susdurmaq üçün təmas xəttindəki qoşunlarımızı döyüş hazırlığı vəziyyətinə gətirib.
Türkel TV xəbər verir ki, hər gün axşam saatlarından intensivləşməyə başlayan atışma bəzən səhər saatlarına kimi davam edir. Atəşkəsin daha çox pozulduğu ərazilərdən biri isə Tovuzun Əlibəyli kəndidir. Kənd sakinlərinin dediyinə görə artıq 4 gündür ki, atəşkəsin pozulması dahada intensivləşib. Təxminən saat doqquz radələrində qarşı tərəfdən açılan atəş nəticəsində Ruhiyyə Hüseynova yaralanıb. Bacısının dediyinə görə həmin vaxt Ruhiyyə Hüseynova və bacıları qonşuya getmək üçün evdən çıxmağa hazırlaşırmış. Daha sonra xəstəxanaya yerləşdirilən Ruhiyə Hüseynovanın vəziyyəti stabildir. Əlibəyli kəndində yerləşən digər evlərdə atışmalardan xeyli ziyan çəkib.

Erməni silahlı Qüvvələrinin təmas xəttindəki təxribatları Azərbaycan ordusu tərəfindən hər an olduğu kimi ötən gün də cavabsız qalmayıb. Hərbiçilərimizin sayıqlığı nəticəsində düşmən susdurulub və öz layiqli cavabını alıb. Düşmən tərəfinin texnikasının da məhv edildiyi təsdiqlənib. Balaca Ramin isə ermənilərin bu təxribatına heç əhəmiyyət vermir. Evə və həyətə tökülən güllələri toplayıb oyuncaq kimi istifadə edən Ramin hərəkətləri ilə sanki bu hadisələrə məhəl qoymadığını nümayiş etdirdi. Hər zaman müharibəyə hazır olduqlarını deyən kənd sakinləri nə olur olsun geriyə bir addımda atan deyiliər. Əsgərlərimizlə bərabər Əlibəyli kişiləri hər an vətənin müdafiəsinə qalxmağa hazırdırlar. Evlərə dəyən güllələr iriçaplı silahlardan atılan güllələrinin izlərinə bənzəyir. Həyətlərdə tapdığımız və evin divarında ilişib qalan güllələr də kəndə iriçaplı silahlardan atəş açıldığını deməyə imkan verir. Bəziləri təxribatdan təşvişə düşsədə Məryəm nənə üzünü düşmənə tutub mikrafonomuza danışdı. Məryəm nənəni bizimlə söhbət edən zaman erməni postları açıq aşkar görünürdü. Lakin görünür nənə üçün bunun heç əhəmiyyəti yoxdur. Çünkü bura onun vətəni, torpağı və evidir. Çəkilişdə olduğumuz müddətdə insanların sərbəst şəkildə öz işləri ilə məşqul olduğunu müşahidə etdik. Əlibəyli sakinləri ordumuza güvənir və hər an müdafiələrinə tam arxayın olaraq gündəlik həyatlarını yaşayırlar.





AzNews.az