Saatlıda qəza: 1 ölü - VİDEO

24 Yanvar 2014 22:08 (UTC+04:00)
Saatlı rayonunda bir nəfərin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi baş verib.

Bakı sakini Elmar Baxışəliyev idarə etdiyi Toyota markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yol kənarına yuvarlanıb. Qəza zamanı avtomobildə olan sürücünün həyat yoldaşı 57 yaşlı Baxışəliyeva Zərnigar Məhəmməd qızı hadisə yerində dünyasını dəyişib. Sürücü və onun qardaşı Fikrət Baxışəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Xəstələrə İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.





AzNews.az