Yük avtomobili yandı

25 Yanvar 2014 08:31 (UTC+04:00)
Bakı şəhəri, Qaradağ rayonunda "Qazel" markalı yük avtomobili ilə "Nissan" markalı minik avtomobili toqquşub.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, toqquşma yanğınla nəticələnən yol qəza hadisəsinə səbəb olub.

Yük avtomobilinin yanar hissəsləri yanıb. Minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az