“Torqovı”nı su basdı- VİDEO

25 Yanvar 2014 10:38 (UTC+04:00)
Şəhərin mərkəzini su basıb.


Oxu.Az xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən biri olan Nizami küçəsində su borusu partlayıb.

Küçə boyu gölməçələr əmələ gəlib və piyadaların hərəkəti üçün çətinliklər yaranıb.

Mövzu ilə əlaqədar Səbail rayonu İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Elman Yəhyayev bildirib ki, hal-hazırda problemin aradan qaldırılması üçün müvafiq işlər görülür:

"Nizami küçəsində su borusu partlayıb, bizim nümayəndə ora gedib, oradakı işlərlə tanış olub. Lakin Nizami küçəsi Nəsimi rayonu ərazisinə aid olduğu üçün biz ora müdaxilə edə bilmirik. Hal-hazırda "Azərsu"-nun Nəsimi rayon üzrə olan nümayəndələri əlavə tədbirlər görərək problemi aradan qaldırmağa çalışırlar".



AzNews.az