Davosda nazirlərin sünni-şiə qarşıdurması

25 Yanvar 2014 16:30 (UTC+04:00)

İranın xarici işlər naziri Məhəmmədcavad Zəriflə türkiyəli həmkarı Əhməd Davudoğlu Davos konfransında mübahisə edib.


İki nazirin mübahisəsinə səbəb Suriya ilə bağlı mövqelərin üst-üstə düşməməsi olub. Mübahisəyə müdaxilə edən moderator "Bu sünni-şiə davasıdır" deyərək məsələyə münasibət bildirib.

İranlı nazir Suriyaya döyüşmək üçün hərbçi göndərmədiklərini bildirərək "Suriyaya şiə türbələrini yox edəcək insanlar göndərib sonra şiələrin səssiz qalmasını gözləməyin" deyə vurğulayıb.

Buna cavab verən Davudoğlu "Hər kəs Suriyaya öz müqəddəslərini qorumağa gedərsə qarşıdurma sonsuza qədər davam edər. Əgər sülh istəyiriksə xristian, sünni, şiələrin müqəddəs yerlərini hamımız qorumalıyıq" deyə cavab verib.

Mübahisəni dayandırmaq istəyən aparıcı isə bunu sünni -şiə qarşıdurması kimi xarakterizə edib.

Elnur
AzNews.az