İmişlidə avtoqəza: ölən var

25 Yanvar 2014 12:01 (UTC+04:00)
İmişli rayonu ərazisində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

AzNews.az Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də saat 01 radələrində İmişli rayonu ərazisində Yalavac kənd sakini Ağalar Əhmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobili aşırıb.

Sürücü A.Əhmədov hadisə yerində ölüb.

AzNews.az