11 yaşında ərə verilən quldurlar kraliçası- FOTO

25 Yanvar 2014 15:40 (UTC+04:00)
Hindistanda 12 il əvvəl baş vermiş qətllə bağlı yeni araşdırmalar başlanıb. On minlərlə insan dünən küçələrə çıxaraq hüquq-mühafizə orqanlarını və siyasətçiləri yalançılıqda suçlayıb.


Olaylar Phulan Devi ilə bağlıdır.

11 yaşında zorla ərə verilən, 13 yaşında isə sərxoş əri tərəfindən vəhşicəsinə döyülərək çölə atılan Phulan Devi 14 yaşı olanda kənddə həyatının dəhşətini yaşayıb.

1963-cü ildə Hindistanın şimalındakı Uttar-Pradeş ştatında, Calaun kəndində qayıqçı ailəsində doğulmuş Phulan 30 yaşlı əri Lala Puttinin onu evdən qovmasından sonra yataq xəstəsi olan atasının evinə qayıdıb.
Phulanın onda 14 yaşı vardı.

Az sonra əri Lala Putti onu oğurluqda suçlayaraq məhkəməyə verib. Phulan 3 gün müddətinə həbs olundu və onu həbsxanada, kamerada dəfələrlə zorlayıblar.

Azadlığa buraxılan Phulan kəndə qayıtmaq istəməsə də, başqa çıxış yolu qalmayıb.

Milli.az bildirir ki, Behmay kəndindəki ev Phulan üçün təhlükəsiz məkan olmayıb.

Gecələrin birində o, həyətdə səs-küyə ayılıb.
20 kişi həyətə doluşmuşdu. Hamısı da sərxoş.

Onlar "Gəl buraya, balaca fahişə!" deyərək Phulanı sürüyüb evin arxasındakı ağaclığa apardılar və səhərədək zorlayıblar.

Səhər saatlarında biçarəni qonşular tapıb.

Phulanın sevdiyi 18 yaşlı oğlan da həmin gecə qətlə yetirilib.

Phulan həmin olaydan sonra iki ay yataqda qaldı, sonra isə intihar etmək istəyib.

Amma intihardan son anda vaz keçib.

1979-cu ildə Phulanı məşhur quldur Babu Qucaranın dəstəsindəki adamlardan biri oğurlayıb. Qızı görən quldurbaşı Babu onu bəyəndi və yatağına salmaq istəyib. Lakin Babunun sağ əli Vikram Mallah buna imkan verməyib, quldurbaşını qətlə yetirib və dəstənin başçısı olub.
Phulan da Vikramın ikinci arvadına çevrilib.

Quldura dönən qadın əri Lala Puttidən intiqam almaq istəyirdi.
O, istəyini Vikrama deyir və quldur dəstəsi Uttar-Pradeşdəki kəndə, Putinin evinə yollanır.

Lala Putti ölüncəydək döyülür, onun cəsədi kəndin ortasına atılır.

Quldur dəstəsi Racastan ştatının Dholpur bölgəsindəki Çambal çayının sahillərində gizlənib.

Bir müddət sonra quldurluğa və soyğunçulağa başlayan Phulan Devi artıq dəstənin başçılarından biri olub.

1979-cu ilin fevralın 14-də isə Phulan Devi əri və dəstəsi ilə doğma Behmay kəndinə yollanır və vaxtilə təcavüzlərinə məruz qaldığı 20 kişinin hamısını gecə saatlarında yataqlarındaca başlarını kəsdirərək öldürtdürür.

Hindistanda "quldurlar kraliçası" kimi tanınan Phulan Devi illər sonra tutuldu, həbsxanaya atılıb. 11 il həbsxanada qalan Phulan iki dəfə millət vəkili seçilmişdi.

Kişi məşbuslarla bir kamerada qalan Phulanın hökmü, zabitəsi o qədər güclü idi ki, nəinki həmin kamera, bütün həbsxanadakı məhbuslar onun əmrlərini sözsüz yerinə yetiriblər.

Həbsxanadan qaçan Phulan yeni dəstə yaradır. Amma 1983-cü ildə o, ağır xəstələndiyindən polisə təslim olmaq qərarına gəlir: üstəlik, dəstə üzvlərinin tam əksəriyyəti ya tutulmuş, ya da öldürülmüşdü.

Uttar-Pradeş ştatının polisi ilə danışıqlara başlayan Phulan Devi yalnız Madhya-Pradeş ştatının polisinə təslim olacağını bildirib. Üstəlik, o, tələb edib ki, dəstəsinin sağ qalmış üzvlərinə ən uzağı 8 il həbs verilsin.

Bhind şəhərinə yollanmış Phulanı Madhya-Pradeş ştatının qubernatoru və baş naziri ilə bahəm, 10 min sakin və 300 polis qarşılamışdılar.
1994-cü ildə azadlığa çıxan Phulan Devi siyasətə atılmış, iki dəfə deputat seçiib.

2001-ci ilin iyulun 25-də isə Phulan Devi paytaxt Nyu-Delhidəki evinin qarşısında güllələnib.

İllər sonra Şer Sinqh Ran tutuldu. "Pankac" ləqəbli bu mafiozun dediyinə görə, Behmay kəndindəki faciənin qisasını almaq üçün belə edib.

Fəqət, Hindistanda çox az adam "Pankac"ın bu qətlin yeganə təşəbbüskarı olduğunu düşünür.


AzNews.az