11 ildir dırnaqlarını kəsməyən adam – Foto

18 Avqust 2012 09:05 (UTC+04:00)
Istanbul hava limanına çox maraqlı sərnişin gəlib. Hindistan vətəndaşı Kapilakham Namah 11 ildir endirmədiyi qolu və kəsmədiyi dırnaqları ilə diqqət çəkib.

Livyaya getmək üçün təyyarəsini gözləyən Kapilakham Namah sağ qolunu Hinduizm tanrılarından Şivaya həsr etdiyini və 11 ildə heç vaxt endirmədiyini deyib.

Qolundakı qan dövranından bəzi ağrılar çəksə də o bunun inancı üçün vacib olduöğunu bildirib. Sağ qolunun yuxarıda olması işlərinə mane olduğu üçün o, köməkçiləri ilə gəzir.

Səadət Abbaslı
AzNews.az