Anar Yusifoğlu ağır əməliyyata gedir

26 Yanvar 2014 02:10 (UTC+04:00)
Tanınmış telejurnalist, ITV-nin keçmiş deportament rəhbəri Anar Yusifoğlu bu gün səhhəti ilə bağlı Türkiyəyə əməliyyata gedir. AzNews.az xəbər verir ki, o, uzun müddətdir ki, göz xəstəliyindən əziyyət çəkir. Həkimlər bu xəstəliyi cərrahi müdaxilə ilə aradan qaldırmağı tövsiyyə ediblər.

Kifayət qədər ağır hesab edilən bu əməliyyat yanvarın 28-də, İstanbulun Alman Xəstəxanasında aparılacaq.

Allah şəfa versin!