Yanukoviçin partiyasının fəaliyyəti qadağan olundu

26 Yanvar 2014 19:02 (UTC+04:00)
Ukraynanın iki əyalətində prezident Yanukoviçin hakim Regionlar Partiyasının fəaliyyəti qadağan edilib.


AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hakim partiya ilə yanaşı Kommunist Partiyasının da fəaliyyəti qadağan edilib.

Bu barədə qərarlar İvano-Frankovske və Ternopole vilayətlərində qəbul olunub.

Hər iki vilayətdə bu partiyalarla yanaşı, Ali Radada yanvarın 16-da qəbul edilən qərarların lehinə səs verən deputatların təmsil etdikləri partiyaların simvollarına da qadağalar tətbiq ediləcək.

Elnarə
AzNews.az