Nazirdən fövqəladə vəziyyət xəbərdarlığı

27 Yanvar 2014 08:10 (UTC+04:00)


AzNews.az xəbər verir ki, Ədliyyə naziri Yelena Lukaş "İnter" kanalına müsahibəsində bu barədə xəbərdarlıq edib.

Nazir bildirib ki, əgər müxalifətçilər nazirliyin binasını tərk etməsələr o, Müdafiə və Təhlükəsizlik Şurasına ölkədə fövqəladə vəziyyətin tətbiq edilməsi barədə müraciət edəcək. Həmçinin prezident Yanukoviçi müxalifətlə danışıqlara son qoymağa çağıracaq.

Qeyd edək ki, nazirliyin binası yanvarın 26-da müxalifətçilər tərəfindən tutulub.

Elnarə
AzNews.az