Azad Rəhimov vətəndaşları qəbul edəcək

27 Yanvar 2014 08:39 (UTC+04:00)
Gənclər və idman naziri Azad Rəhimov Sabirabadda vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, 28 yanvar 2014-cü il tarixdə saat 11:00-da keçiriləcək qəbul Sabirabad şəhəri Heydər Əliyev parkının ərazisində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Qəbulda Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşlar iştirak edəcək.

AzNews.az