Rusiya 13 milyard dollarlıq silah satıb

27 Yanvar 2014 10:11 (UTC+04:00)

Rusiya 2013-cü ildə 13,2 milyard dollarlıq silah satıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Rosoboronəsport"un baş direktoru Anatoli İsaykin bildirib.

İsaykinin sözlərinə görə, Rusiya dünyanın 60 ölkəsinə silah ixrac edib. Lakin satılan silahların 75 faizi 6 ölkənin payına düşür.

Yaxın 2-3 ildə də Rusiya silah ixracını bu səviyyədə saxlamaq niyyətindədir.

Elnur
AzNews.az