“Qremmi 2014“ün qalibləri bəlli oldu

27 Yanvar 2014 10:40 (UTC+04:00)
Dünən ənənəvi "Qremmi" musiqi mükafatının 2014-cü il üçün qalibləri bəlli olub.


Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə 78 nominasiya üzrə müğənnilər təltif edilib.

Gecənin açılışını məşhur cütlük - müğənni Beyons və reper Cey Zi edib. Tədbirdə müğənni Madonna, Keti Perri, Teylor Svift, Mark Entoni, aktrisa Culiya Roberts və digər tanınmış şəxslər iştirak edib.

Qeyd edək ki, "Qremmi" mükafatı 1958-ci ildə təsis olunub.

"Qremmi 2014"ün qalibləri:

"İlin albomu": Daft Punk - "Random Access Memories"

"İlin mahnısı": Lorde - "Royals"

"İlin səsyazması": Daft Punk və Farrell Uilyams – "Get Lucky"

"İlin ən yaxşı yeni sənətçisi": Macklemore və Rayan Levis

"Ən yaxşı pop-albom": Bruno Mars – "Unorthodox Jukebox"

"Ən yaxşı R&B albom": Alişa Kis – "Girl on Fire"

"Ən yaxşı rep albom": Macklemore & Ryan Levis – "The Heist"

"Ən yaxşı kantri albom": Keysi Masqreqvs – "Same trailer Different Park"

"Ən yaxşı rok albom": Led Zeppelin – "Celebration Day"

"Ən yaxşı vokal pop ifası": Lorde – "Royals"

"Ən yaxşı vokal duet və ya qrup ifası": Daft Punk və Farrell Uilyams – "Get Lucky"

"Ən yaxşı pop mahnısı": Deyv Qrol, Pol Makkartni, Krist Novoselik və Pat Smear – "Cut Me Some Slack"

AzNews.az