Məhəbbət Kazımov vəfat etdi
27 Yanvar 2014 11:09 (UTC+04:00)
Tanınmış müğənni Məhəbbət Kazımov bu gün səhər saatlarında vəfat edib.
Bu barədə məlumatı AzNews.az-a əməkdar artist Baloğlan Əşrəfov bildirib.
Müğənninin ölüm xəbərini ailəsi də təsdiqləyib. Ailəsindən AzNews.az-a verilən məlumata görə, Məhəbbət Kazımov Bakıda dünyasını dəyişib. Müğənninin ölümünə qıcolmanın səbəb olduğu bildirilir.
Allah rəhmət eləsin!
Bahar
AzNews.az