Nazirlikdə “Qaynar xətt“ yaradıldı

27 Yanvar 2014 11:26 (UTC+04:00)
Kənd Təsərrüfatı Nazirliyində "Qaynar xətt" yaradılıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli 221 saylı sərəncamının 1.7-ci bəndinin icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyində "1652" nömrəli "Qaynar xətt" yaradılması ilə bağlı əmr imzalanıb.

Əmrdə vətəndaşlardan daxil olan zənglərin operativliyini təmin etmək məqsədilə nazirliyin müvafiq qurumlarına tapşırıq və tövsiyələr verilib.

Vətəndaşlar Kənd Təsərrüfatı Nazirliyinin "1652" nömrəli "Qaynar xətt"inə zəng etməklə öz arzu və istəkləri, qarşılaşdıqları problemlərlə bağlı nazirliyin müvafiq qurumlarına müraciət edə bilərlər.

AzNews.az