İki məhkum özünə qəsd etdi – 1 ölü

27 Yanvar 2014 11:30 (UTC+04:00)

Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) iki məhkum özünü asdı.

AzNews.az-ın polisə istinadən verdiyi məlumata görə, Natiq Cəbrayılov və Nicat İbrahimov yanvarın 25-də təcridxanada saxlandıqları kamerada özlərini asıblar. Hadisə zamanı N.İbrahimovun həyatını xilas etmək mümkün olmayıb.

Məhkumların özünə qəsd etmələrinin səbəbləri bəlli deyil.

Penitensiar Xidmətindən isə bildirilib ki, faktla bağlı onlarda müfəssəl məlumat yoxdur və hadisə ilə bağlı aidiyyatı qurumlar istintaq hərəkətləri aparır.

Elnur
AzNews.az