Müxalifətin qərargahına silahlı hücum

27 Yanvar 2014 11:45 (UTC+04:00)
Türkiyədə müxalifətdə olan Milliyətçi Hərəkat Partiyasının (MHP) İstanbuldakı seçki qərargahına naməlum şəxslər silahlı basqın ediblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi xəbər verib.

Məlumata əsasən, basqın nəticəsində partiyanın İstanbul bürosunun üzvlərindən biri ölüb, 4 nəfəri isə yaralanıb.

Məlumatda o qa qeyd olunur ki, İstanbul polisi silahlı basqında iştirak edənlərin axtarışına başlayıb. Faktla bağlı cinayət işi açılıb.

AzNews.az