“Seçkiyə 15 gün qalmış sui-qəsdlər olacaq”- ŞOK məktub

27 Yanvar 2014 12:10 (UTC+04:00)

Türkiyədə bələdiyyə seçkilərinə qısa müddət qalmış sui-qəsdlər olacaq. Belə bir açıqlama ilə Ankaranın bələdiyyə başqanı Melih Gökçek çıxış edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bələdiyyə başqanı sui-qəsdlərin seçkiyə 15 gün qalmış baş verəcəyini iddia edib. Bələdiyyə başqanının sözlərinə görə, həm hakim partiya, həm də müxalifət partiyalarının tannmış üzvlərinə qarşı siu-qəsdlər təşkil etməklə hadisələri yenidən qızışdrmaq istəyənlər var.

Özünə də sui-qəsd olacağını istisna etməyən bələdiyyə başqanı "2 övladım da daxil olmaqla ümumilkdə 5 məktub yazaraq Türkiyədə qaranlıq bir sistem yaratmaq istəyənlərin şifrələrini bildirmişəm. Əgər mənə bir şey olsa ölümüm bir işə yarasın. Mən 65 yaşındayam.

Bundan sonra yaşasam nə olar, yaşamasam nə olar? Məndən alacaqları bir can var. Amma onlara 100 qat zərər verə biləcək hər şeyi 5 məktubda yazmışam. 2 övladımdan başqa 3 nəfərə də məktub göndərdim. Mən öldükdən sonra vəziyyətin oxunduğunda Türkiyənin daxilind və xaricdə bu ölkə ilə bağlı planları olanların kimliyini hamı öyrənəcək".

Elnarə
AzNews.az