Axtarışda olan həmyerlimiz Rusiyada saxlanıldı

27 Yanvar 2014 12:19 (UTC+04:00)
Axtarışda olan Azərbaycan vətəndaşı Vasif Rüstəmov Rusiyanın Perm şəhərində tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Baş Cinayət-Axtarış İdarəsi və Tərtər RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120-ci maddəsi ilə axtarışda olan Vasif Rüstəmov Rusiya Federasiyasının Perm şəhərində tutulub və respublikamıza ekstradisiya olunub.

AzNews.az