Ordumuzun zabiti şəhid oldu

27 Yanvar 2014 13:16 (UTC+04:00)
Yanvarın 27-də saat 12.30-da erməni silahlı bölmələrinin atəşkəs rejimini növbəti dəfə pozması nəticəsində Silahlı Qüvvələrimizin zabiti leytenant Əzizov Səbuhi Rüstəm oğlu döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan snayper atəşindən şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə leytenant Əzizov Səbuhi Rüstəm oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

AzNews.az