Elçibəyin qardaşı oğlu CHP sədri ilə görüşdü – Türkiyə

27 Yanvar 2014 13:27 (UTC+04:00)

Elçibəyin qardaşı oğlu, Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyasının Təşkilat Komitəsinin sədri Hürrü Əliyev Türkiyənin Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu ilə görüşüb.

AzNews.az-ın məlumatına görə, görüşdə Türkiyə Azərbaycan münasibətlərinin hazırkı durumu, Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələsi müzakirə edilib.

Həmçinin, CHP və AMACP arasında əlaqələrin daha da dərinləşdirilməsi ilə bağlı ikitərəfli razılıq əldə olunub.

AzNews.az