Nazirlik şikayətə başsağlığı ilə cavab verdi

27 Yanvar 2014 14:31 (UTC+04:00)
Bu gün vəfat edən Əməkdar artist Məhəbbət Kazımovun yaxınları Mədəniyyət və Turizm Nazirliyindən şikayətlənib:


"Azərbaycanın Əməkdar artisti vəfat edib, amma Mədəniyyət və Turizm Nazirliyindən heç kim ailəsinə başsağlığı verməyə gəlməyib. Heç kim onunla maraqlanmayıb".

Mədəniyyət və Turizm Nazirliyindən isə Məhəbbət Kazımovun vaxtsız ölümü ilə bağlı başsağlığı verməklə kifayətləniblər:

"Mədəniyyət və Turizm Nazirliyi Əməkdar artist Məhəbbət Kazımovun ölümü ilə əlaqədar mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir. Allah rəhmət eləsin".

Xatırladaq ki, Əməkdar artist Məhəbbət Kazımov bu gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Bahar Rüstəmli
AzNews.az