Əlilin özünü yandırması ilə bağlı cinayət işi açıldı

27 Yanvar 2014 16:14 (UTC+04:00)
Azərbaycanda intihar məqsədilə əlilin özünü yandırması faktı ilə bağlı cinayət işi açılıb.

Yevlax rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İstintaq işləri aparılır.

Qeyd edək ki, bu gün səhər saatlarında rayon sakini, ikinci qrup əlil, 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov üzərinə benzin tökərək intihara cəhd edib.