Ştefan Füle yenidən Kiyevə gedəcək

27 Yanvar 2014 16:26 (UTC+04:00)
Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle siyasi böhranın aradan qaldırılması üçün tərəflərə kömək etmək məqsədilə bu gün yenidən Kiyevə səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV Ş.Fülenin mətbuat katibi Peter Stanoya istinadən bildirir.

P.Stano deyib ki, Avropa komissarı siyasi böhranın həlli üzrə ötən həftə başlamış səyləri davam etdirmək üçün bu gün Kiyevə yola düşəcək: "Biz ukraynalı tərəfdaşlarımızın ehtiyaclarına çevik yanaşırıq və bütün tərəflərlə görüşməyə hazırıq, amma hələ danışıqların məhz kiminlə aparılacağını dəqiq deyə bilmərəm".

Onun sözlərinə görə, səfərin müddəti hələ müəyyən olunmayıb: "Səfərin bu gün başa çatmayacağı dəqiqdir. Ola bilsin ki, bu, sabah ya da birigün olsun, amma hər şey vəziyyətdən asılıdır".

AzNews.az