“Pal Süd“ə cinayət işi açıldı

27 Yanvar 2014 16:37 (UTC+04:00)
"Pal Süd Dağıtım" MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, MMC-nin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun Cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AzNews.az