Yanukoviç Kliçko,Yaçenyuk və Tyaqnibokla görüşüb

27 Yanvar 2014 22:07 (UTC+04:00)
AzNews.az Ukrayna dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Kiyevdə Ukrayna prezidenti Viktor Yanukoviçin və ölkədə siyasi krizisi yoluna qoymaqdan ötrü yaradılan işçi qrupun üzvləri ilə parlamentin müxalifət fraksiyasının liderləri arasında növbəti görüşü olub.

Görüşdə prezident administrasiyası rəhbərinin birinci müavini Andrey Portnov, ədliyyə naziri Yelena Lukaş, "UDAR" siyasi partiyası fraksiyasının rəhbəri Vitaliy Kliçko, "Batkivşina" fraksiyasının rəhbəri Arseniy Yaçenyuk və "Svaboda" fraksiyasının rəhbəri Oleq Tyaqnibok iştirak ediblər.

Görüş prezident administrasiyasında keçirilib.

Gündüz isə Kiyevdə Nazirlər Sovetinin fövqəladə toplantısı olub. Toplantıda ölkədə fövqaladə vəziyyət elan edilməməsi barədə qərara gəlinib.

Sabah Ali Radada ölkədəki vəziyyətin yoluna qoyulması barədə növbədənkənar iclas keçiriləcək. Həm də müxalifət liderləri Yasenyuk və Kliçko prezidentin təkliflərinə münasibət bildirməlidirlər.

Xatırladaq ki, Prezident Yaçenyuka Baş nazir, Kliçkoya isə Baş nazirin humanitar məsələlər üzrə müavini vəsifələrini təklif edib.

Bu gün Kiyev küçələrində nisbi sakitlik olub. Axşama yaxın müxalifətçilər zəbt etdikləri ədliyyə nazirliyinin binasını boşaltmağa razılıq veriblər.

Azər
AzNews.az