Avro-4 sertifikatının rüsumu 52 manat olacaq

27 Yanvar 2014 22:58 (UTC+04:00)
Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, aprelin 1-dən yeni standartın tətbiqindən sonra Azərbaycana idxal olunan avtomobillərə Avro-4 standartına cavab verməsi barəsində sertifikat veriləcək.
Bu sənəd nəqliyyat vasitəsi on dəqiqə ərzində yoxlandıqdan sonra təqdim olunacaq. Bunun üçün avtomobil iki əməliyyatdan keçəcək. Onun birinin qiyməti 20, digərinin isə 30 manatdır. Hər bir əməliyyat üçün bankın bir manat xidmət haqqını nəzər alsaq, ümumilikdə lazımi sənədin alınması vətəndaşa 52 manata başa gələcək.





AzNews.az