Samuxda avtoqəza: yaralı var

28 Yanvar 2014 08:08 (UTC+04:00)
Bu gün gecə saat 01:00 radələrində Samux rayonu Qarayeri qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnə yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az Kəpəz TV-yə istinadən məlumat verir ki, VAZ 2107 markalı avtomobil adıçəkilən qəsəbədə yüksək sürətlə dönmə əməliyyatını yerinə yetirərəkən idarəetməni itirb. Avtomobil əvvəlcə yol kənarında bardürlərə daha sonra ağaca çırpılıb.

Hadisə nəticəsində VAZ-ın sərnişini Gəncə şəhər sakini Zaur Zeynalov ağır bədən xəsarətləri alaraq dərhal Gəncə şəhər Təcili Tibbi Yarım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

AzNews.az