Cəmil Həsənli ilə fəxri sədr arasında Eldar Namazov müzakirəsi

28 Yanvar 2014 09:02 (UTC+04:00)



"Eldar Namazovun Milli Şuradan istefa verməsi ilə bağlı Rüstəm İbrahimbəyovla xüsusi söhbətim olmayıb".


Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli deyib.

"Eldar Namazovun Milli Şuradan istefa verməsindən Rüstəm İbrahimbəyovun xəbəri olubmu" sualını cavablandıran C. Həsənli məsələ ilə bağlı müfəssəl məlumatı olmadığını söyləyib: "Rüstəm İbrahimbəyov mətbuatı izləyir və yəqin ki, bu istefa haqda məlumatı olub".

Qeyd edək ki, Milli Şuranın həmtəsisçilərindən olan "El" hərəkatının sədri Eldar Namazov bu günlərdə adıçəkilən birlikdən istefa verib.

Bahar
AzNews.az