Bakıda fəhlə hündürlükdən yıxılıb öldü

28 Yanvar 2014 09:37 (UTC+04:00)
Bu gün saat 09:30 radələrində Bakının Yasamal rayonunda bir kişi hündürlükdən yıxılıb. Rayon Polis İdarəsi 29-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə Yeni Yasamal, Kənar dairəvi yolda baş verib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Hündürlükdən yıxılan şəxsin fəhlə olduğu bildirilir.

Onun təxminən 35 yaşlarında kişi olduğu deyilir. Meyidin əlində fəhlə əlcəyi də olub. Hadisənin intihar olduğu ehtimal edilmir.

Hadisə şahidləri bildiriblər ki, həmin fəhlə birinci gün imiş ki, işə çıxıbmış.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Hadisə haqqında əlavə məlumatlar veriləcək.

AzNews.az