Nazirin maşını oğurluq çıxdı

18 Avqust 2012 10:48 (UTC+04:00)
Şimali Kipr Türk Respublikasnın maliyyə naziri Çatsın Tatarın istifadə etdiyi maşın oğurluq çıxdı. Bu barədə keçmiş dövlət nümayəndəsi Kudret Özersayın açıqlaması ölkədə böyük qalmaqala səbəb olub.

Kiprin Gömrük İdarəsinin rəhbəri Mustafa Çobanoğlu Tatarın istifadə etdiyi maşının 2001-ci ildə Girne limanına ingilis vətandaşı tərəfindən gətirildiyini deyib. Ingilisin maşını sahibsiz qoyub getdikdə isə maşın 3 ay boş qalıb.

Satıla bilməyən maşın Dövlət Əmlak İdairəsinə təhvil verilib. Hazırda avtomil maliyyə nazirinə ikinci iş maşını kimi istifadə olunur.

Səadət Abbaslı
AzNews.az