Ded Xasanın qohumu olan “qanuni oğru” kafedə saxlanıldı

28 Yanvar 2014 11:39 (UTC+04:00)

Moskva polisi Böyük Filevksi küçəsindəki restoranlardan birində Rusiya mafiyasının xaç atası Ded Xasanın klanına daxil olan bir neçə "qanuni oğru"nu saxlayıb.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, saxlananlardan biri Aslan Usoyanın 56 yaşlı qohumu Temuri Mirzoyevdir.

Kriminal aləmdə Timur Sverdlovski kimi tanınan bu "qanuni oğru" ilə yanaşı, 43 yaşlı Racidin Mehrəliyev də polis tərəfindən saxlanılıb.

Restorana polis basqınından dərhal sonra Timuri Mirzoyev səhhəttindən şikayətlənib və onun üçün təcili yardım çağırılıb.

Əvvəlcə onu xəstəxanaya yerləşdirməkdən imtina olunsa da, daha sonra vəziyyətinin ağır olduğunu göstərən polis buna icazə verib. Tibbi müayinələr "qanuni oğru"nun alkaqol qastritindən əziyyət çəkdiyini üzə çıxarıb.

Elnur
AzNews.az