Goranboydakı avtoqəza ilə bağlı Rəsmi məlumat

28 Yanvar 2014 11:57 (UTC+04:00)
Daxili İşlər Nazirliyi Goranboy rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.


AzNews.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Səfikürd kəndinin ərazisində kənd sakinləri Tural Sarıyevin idarə etdiyi "VAZ-2106", Fuad Sarıyevin idarə etdiyi "VAZ-21063", Aşağı Ağcakənd qəsəbə sakini Vəli Miriyevin idarə etdiyi "Shacman" və Balakürd kənd sakini Nicat Zeynalovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub.

Tural Sarıyevin sərnişini - Səfikürd kənd sakini Turanə Yusifova və N.Zeynalovun sərnişini, azyaşlı qızı Nəzrin xəstəxanaya yerləşdiriliblər. Nəzrin yanvarın 27-də orada ölüb.

AzNews.az