Şeyx: “Prezident Administrasiyasına müraciət edəcəyik“

28 Yanvar 2014 12:12 (UTC+04:00)
"Azərbaycanda bəzi dini radikallarla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə, əgər lazım olsa, Xarici İşlər Nazirliyinə məktubla müraciət etmək fikrindəyik".


Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

A.Paşazadə deyib ki, axundlar, imamlar həmişə dövlətçiliyi dəstəkləyiblər: "Onlar 20 Yanvar hadisələri zamanı da heç nədən qorxmadılar. Biz bugünkü müstəqilliyə və tolerantlığa bu axundlarla gəlmişik. Biz düşünürdük ki, bu vəhhabilər, sələfilər ağıllanarlar. Yəqin ki, bundan sonra bu məsələlərin qarşısı alınacaq. Kimsə kimisə öldürmək məqsədilə əlinə silah götürürsə, hətta xarici ölkələrdə olsa belə, dövlət qanunları ilə cəzalanacaq".

QMİ sədri bildirib ki, biz dövlətə nəyi görmək lazım gəldiyini deyə bilmərik: "Biz sadəcə məsləhət verə bilərik. Yəqin ki, dövlət də bizim arxamızda duracaq".

AzNews.az