Azad Rəhimov vətəndaşlarla görüşdü- FOTO

28 Yanvar 2014 12:34 (UTC+04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov Sabirabad, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonları və Şirvan şəhərindən olan vətəndaşları qəbul edib.

Nazirlikdən verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının inzibati binasında baş tutan qəbulda 40-a yaxın vətəndaş iştirak edib.

20-dən artıq müraciət Olimpiya İdman komplekslərinin, idman zallarının tikintisi və təmiri, stadionların və idman qurğularının idman avadanlıqları ilə təchiz edilməsi, fəxri adların verilməsi və digər məsələlərlə bağlı olub.

Gənclər mərkəzlərinin tikintisi və təmiri, ipoteka kreditlərinin verilməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması istiqamətində 15-dən artıq müraciət daxil olub.

Digər müraciətlər isə işlə təminat və şəxsi məsələlərlə bağlı olub. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırma tələb edən məsələlər isə nəzarətə götürülüb.

AzNews.az