Aydın Əliyevlə görüşmək istəyənlərin nəzərinə

28 Yanvar 2014 12:38 (UTC+04:00)
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Xırdalanda vətəndaşları qəbul edəcək.

DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, qəbul yanvarın 31-də saat 11:00-da Abşeron Rayon Xırdalan şəhəri üzrə İcra Nümayəndəliyində (Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 9) keçiriləcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların - Abşeron, Xızı, Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

AzNews.az