Ali Rada geri çəkildi: qalmaqallı qanunlar ləğv edildi

28 Yanvar 2014 14:12 (UTC+04:00)

Ukraynanın Ali Radası bu gün keçirdiyi növbədənkənar iclasında mitinqlərin keçirilməsinə qadağa qoyulması ilə bağlı yanvarın 16-da qəbul etdiyi qalmaqallı qanunları ləğv edib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, qərarın lehinə 450 dputatdan 361-i səs verib.

Beləliklə də müxalifətin qanunların ləğvi ilə bağlı tələbi yerinə yetirilib.

Elnarə
AzNews.az