Nurçular Şeyxi hədələdi

28 Yanvar 2014 14:44 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin bu gün Qazılar Şurasının iclasında qeyri-ənəvi islam təqriqətlərinin ünvanına səsləndirdiyi bəzi fikirlər ona qarşı hücumlara səbəb olub.


Belə ki, özünü "Fətullah Gülən sevdalıları" adlandıran qrupun elektron poçt ünvanından mətbuata Allahşükür Paşazadəni hədələyən məktublar göndərilib.

Məktubda Türkiyədə baş nazir Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülən arasındakı qarşıdurmaya diqqət çəkilərək baş nazirin ünvanına "münafiq" ifadəsi işlədilib.

Həmçinin Türkiyədə baş verən hadisələrin sonda kimin qələbəsi ilə nəticələnəcəyinə dair qeydlər yer alıb.

QMİ sədrinə baş verənlərdən nəticə çıxarmaq və nurçuların adını vəhabilərlə bir sırada çəkməmək tövsiyə olub.

Elnarə
AzNews.az