Yanukoviç növbəti dəfə müxalifəti qəbul etdi - VİDEO

28 Yanvar 2014 18:24 (UTC+04:00)
Ukraynada davam edən siyasi gərginlik fonunda prezident Viktor Yanukoviç növbəti dəfə müxalifət rəhbərlərini qəbul edib. Görüşdə ölkənin ədliyyə naziri Yelena Lukaş da iştirak edib. Yanukoviç siyasi gərginliyə son qoymaq məqsədilə müxalifətçilərlə müzakirələr aparıb.

Ukraynanın müxalifət lideri "UDAR" partiyasının sədri Vitali Kliçko prezident Yanukoviçlə görüşündən sonra mətbuata açıqlama verib. Kliçko qeyd edib ki, görüş zamanı tərəflər siyasi məhbusların azadlığa buraxılması məsələsini müzakirə ediblər. Onun sözlərinə görə, bu barədə amnistiya qərarı qəbul edilməsi üçün səsvermə keçirilməsi təklif olunub.

"UDAR" partiyasının sədri Vitali Kliçko: "Danışıqlar çətin keçir. Onlar saxlanılanları buraxacaqlarını bildirirlər. Sabah da bu məsələləri ətraflı şəkildə müzakirə edəcəyik. Digər bir məsələ isə, etirazçılara qarşı qəbul edilmiş 16 yanvar tarixli utancverici qərarın ləğv edilməsidir. Həmçinin, bu qanuna dair də səsvermə olacaq. Mən özümü Yanukoviç hökuməti tərkibində görmürəm. Mən prezident administrasiyasında mənim pərəstişkarım olan bir neçə polis rəisləri ilə görüşdüm. Görünür, onlar çox güclü ideoloji təbliğatın təsiri altına düşüblər".




AzNews.az