ABŞ hərbçisi “Qurani-Kərim“i yerə atdı - VİDEO

28 Yanvar 2014 19:30 (UTC+04:00)
Amerikalı keçmiş hərbiçi Ben Smit konfransların birində danışıq zamanı İslamı təhqir edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, ABŞ-ın keçmiş hərbiçisi konfransda əlindəki "Qurani-Kərim"i yerə ataraq, İslamı təhqir edib.

Köhnə donanma əsgəri Smitin bu hərəkəti salondakılar tərəfindən alqışla qarşılanıb. Smit "Ərəb baharı", müsəlmanlıq, xəlifəlik kimi anlayışların əlində tutduğu kitabda yer aldığını söylədikdən sonra islamın müqəddəs kitabının tərcüməsini yerə atıb.

Qeyd edək ki, Smit qalmaqallı hərəkətindən sonra qəhqəhə çəkməyi də unutmayıb.






AzNews.az