Qəzzafinin oğlu həbs edildi

28 Yanvar 2014 19:55 (UTC+04:00)
Niger hökuməti Liviyanın qətlə yetirilən sabiq lideri Müəmmər Qəzzafinin oğlu Səid Qəzzafini həbs edib.

Onunla birgə Qəzzafi rejiminin bir sıra keçmiş funksionerləri, o cümlədən dövlət televiziyasının başçısı Abdulla Mənsur da saxlanılıb. Liviya rəsmiləri hələ ki, xəbəri nə təsdiq, nə də təkzib edib. Sədi Qəzzafi 2011-ci ilin sentyabrında Nigerə qaçıb. Tripolinin onu geri vermək barədə çoxsaylı tələblərinə baxmayaraq, Niger prezidenti Muhammed Yusef 2012-ci ildə Sədi Qəzzafiyə şəxsən siyasi sığınacaq vermişdi. ("Musavat.com")