Polis generalı öldürüldü

28 Yanvar 2014 21:00 (UTC+04:00)
Yanvarın 28-də Misir Daxili İşlər Nazirliyinin texniki bölməsinin başçısı general Məhəmməd əs-Səid Qahirədə mənzilinin yaxınlığında güllələnib.

Lent.az-ın "nyusru"-ya istinadən məlumatına görə, bu haqda "Röyter" xəbər yayıb.

Mənbə bildirib ki,general motoskletdəki maskalılar tərəfindən açılan atəş nəticəsində həlak olub.

Şahidlərin sözlərinə əsasən, motoskletdə sərnişin yerində oturan maskalı kişi atəş açıb.
Qatillər gizlənə bilib.

Məhəmməd əs-Səid ötən ilin sentyabrında sui-qəsdə məruz qalmış daxili işlər naziri, general-mayor Məhəmməd İbrahim müavinlərindən biri olub.


AzNews.az