İnzibati bina yandı

29 Yanvar 2014 08:20 (UTC+04:00)
Gədəbəydə inzibati binada yanğın baş verib.

AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gədəbəy rayonu, Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az